AZ

Paşinyan Obrayenlə sülh məsələsini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Ceyms Obrayen arasında görüş baş tutub.

Ednews xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesi, Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsi və onun prinsipləri ilə bağlı məsələləri müzakirə ediblər.

Paşinyan həmçinin Ermənistan-ABŞ Strateji Dialoqunun yekun görüşünün İrəvanda keçirilməsinin vacibliyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
17
ednews.net

10Mənbələr