EN

Dünyaİranda güclü zəlzələ oldu

SİZİN REKLAM BURADA!055 213 76 73

İranın Rəzəvi Xorasan əyalətinin Kəşmər şəhərində 5 bal gücündə zəlzələ baş verib.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, yerin 6 kilometr dərinliyində baş verən zəlzələ yerli vaxtla saat 13.24-də qeydə alınıb.

Zəlzələdən zərər çəkmiş ərazilərə mümkün dağıntıları araşdırmaq üçün Qızıl Ayparaya bağlı iki qiymətləndirmə qrupu göndərilib.

Zəlzələnin can və ya mal itkisinə səbəb olması ilə bağlı açıqlama verilməyib.

BAKU.WS

Chosen
83
1
far.az

10Sources