İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 25 nəfər artaraq 37 min 372-yə çatıb.
Elchi.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada İsrailin Qəzza zolağına 256 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrində 3 qırğın törətdiyi və bu hücumlarda daha 25 fələstinlinin həyatını itirdiyi, 80 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 37 min 372, yaralıların sayı isə 85 min 452-yə yüksəlib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.Nuranə Məmmədova