EN

Malayziya BRICS-ə qoşulmağa hazırlaşır -“Reuters“

Malayziya BRİKS-ə qoşulmağa hazırlaşır.

News365.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Sayt ölkənin baş naziri Ənvər İbrahimə istinad edib. 

"Biz qərar verdik, tezliklə rəsmi prosedurlara başlayacağıq... Biz yalnız Cənubi Afrika hökumətindən yekun nəticələri gözləyirik", - deyən Ənvər İbrahim əlavə təfərrüatları açıqlamayıb.

Baş nazirin məlum şərhi bu həftə Çinin baş naziri Li Qianqın Malayziya ilə Çin arasında diplomatik əlaqələrin 50-ci ildönümünü qeyd etmək üçün üç günlük səfərindən əvvəl gəlib. Ölkələr arasında beşillik ticarət-iqtisadi əməkdaşlıq sazişinin müddətinin uzadılması da daxil olmaqla bir sıra sazişlərin imzalanması gözlənilir.

Qeyd edək ki, BRİKS iqtisadiyyatları sürətlə inkişaf edən beş ölkədən ibarət bir birlik kimi yaranıb. Üzvləri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasıdır. Birliyin adı bu ölkələrin ingiliscə baş hərflərindən meydana gəlir: Brazil, Russia, India, China, South Africa - BRICS. BRİKS-in ilk sammiti 16 iyun 2009-cu ildə keçirilib. Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri də quruma qoşulublar.

Tural

News365.az 


Chosen
115
4
news365.az

5Sources