EN

Lunyov tibbi müayinədən uğurla keçdi

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov "Dinamo"da çıxış edəcək.

Sportnet.az xəbər verir ki, o, ötən gün tibbi müayinədən uğurla keçib.

32 yaşlı qolkiper Moskva klubu ilə 2+1 illik müqavilə imzalayacaq. Lunyovun illik maaşı isə 900 min avro olacaq.

Qeyd edək ki, 2023/2024 mövsümünü "Qarabağ"da keçirən Andrey Lunyov 43 oyunda komandanın qapısını qoruyub. O, Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb.


Chosen
110
4
sportnet.az

10Sources