AZ

Lunyov Moskvanın "Dinamo" klubunda çıxış edəcək

“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov “Dinamo”da çıxış edəcək.

“İki sahil” xəbər verir ki, o, bu gün tibbi müayinədən uğurla keçib.

32 yaşlı qolkiper Moskva klubu ilə "2+1" illik müqavilə imzalayacaq. Lunyovun illik əmək haqqısı 900 min avro olacaq.

Qeyd edək ki, 2023/2024 mövsümünü “Qarabağ”da keçirən Andrey 43 oyunda komandanın qapısını qoruyub. O, Azərbaycan çempionu və kuboku titullarını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
4
ikisahil.az

10Mənbələr