EN

Ukrayna millisinin futbolçularını tənqid olundu: "Özlərini ulduz hesab edirlər"

Ukrayna millisi AVRO-2024-ün startında Rumıniyaya uduzub (0:3). 

Sportal.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, "Dinamo"nun (Kiyev) sabiq hücumçusu Viktor Leonenko məğlubiyyəti şərh edib:

"Millinin oyunçuları artıq özlərini ulduz hesab edirlər. Belə oyunlardan sonra Lunin və ya Zinçenkonun transfer dəyərinin yenilənməsinə baxmaq mənim üçün maraqlı olacaq. Rumıniya ilə oyundan əvvəl hamı millinin oyunçularını tərifləyir: mütəxəssislərdən tutmuş qohumlarına, analarına, atalarına qədər. Deyəsən, mənim həyətimdəki göyərçinlər danışa bilsəydi, onlar da təriflər edərdi. Nəticədə nə oldu?".

Xatırladaq ki, AVRO-2024-də Rumıniya və Ukrayna milliləri E qrupunda mübarizə aparır. Onların qrup mərhələsindəki rəqibləri Belçika və Slovakiya milliləridir.

54 yaşlı veteran futbolçu Ukrayna millisi ilə yanaşı, “Dinamo”(Kiyev), “Dinamo”(Moskva), ÇSKA(Kiyev), “Zakarpatye” klublarında oynayıb.

Chosen
176
33
sportal.az

10Sources