EN

Bayden NATO-nun Ukrayna siyasətini dəstəkləyir

ABŞ prezidenti Co Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə alyansın Ukraynaya dəstək fəaliyyətlərini, habelə Hind-Sakit okean regionunda əməkdaşlığı müzakirə edib və alqışlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evdən məlumat verilib.

"Prezident Hind-Sakit okean regionu da daxil olmaqla, NATO müttəfiqlərinin Ukraynanı dəstəkləmək və tərəfdaşlıqları dərinləşdirmək üçün atdığı addımları alqışlayıb", - deyə görüşün yekunlarına dair məlumatda qeyd olunub.

Bildirilib ki, tərəflər həmçinin müdafiə xərcləri ilə bağlı "əhəmiyyətli irəliləyişləri", o cümlədən 23 NATO ölkəsinin ÜDM-nin 2%-ni müdafiəyə xərcləyəcəklərini müzakirə ediblər.. Bu, "prezident Baydenin vəzifəyə gəldiyi vaxtdan bu məbləğdən iki dəfə çoxdur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
88
50
milli.az

10Sources