EN

Şotlandiya millisinin üzvünə 2 oyunluq cəza verildi

style='margin-bottom:10px;'>

Almaniyaya qarşı keçirilən Avro-2024-ün açılış oyununda (1:5) qırmızı vərəqə alan Şotlandiya millisinin müdafiəçisi Rayan Porteusun cəzası məlum olub.

QOL.az xəbər verir ki, İlkay Gündoğana qarşı kobud oynadığı üçün meydandan qovulan 25 yaşlı futbolçu UEFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən də Porteus Avro-2024-ün qrup mərhələsində İsveçrə və Macarıstana qarşı keçiriləcək matçları kənardan izləyəcək.

O, yalnız Şotlandiya millisi 1/8 finala vəsiqə qazanacağı halda Avro-2024-də yenidən meydana çıxa bilər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
1
teleqraf.com

2Sources