AZ

Şotland futbolçu “2” aldı

AÇ-2024-ün Almaniya ilə açılış oyununda (1:5) qırmızı vərəqə alan Rayan Porteusun cəzası məlum olub.

İlkay Gündoğana qarşı kobud oynadığı üçün meydandan qovulan Şotlandiya millisinin müdafiəçisi UEFA-nın Nizam-İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən də Porteus qrup mərhələsinin İsveçrə və Macarıstana qarşı keçiriləcək matçlarında meydana çıxa bilməyəcək.

25 yaşlı futbolçu yalnız Şotlandiya 1/8 finala vəsiqə qazanacağı halda Avropa çempionatında yenidən meydana çıxa bilər.

Seçilən
291
1
football-plus.az

2Mənbələr