EN

ABŞ-da həddindən artıq isti dalğası ilə bağlı xəbərdarlıq edilib

ABŞ-da həddindən artıq isti dalğası ilə bağlı xəbərdarlıq edilib

ABŞ-da Nyu York Bələdiyyə Başçısı Erik Adams bu həftə ölkənin mərkəzi və şimal-şərq hissələrinə təsir edəcək mövsümün ilk ifrat isti dalğası ilə bağlı xəbərdarlıq edib.ABŞ-ın orta qərb və şimal-şərq bölgələrinin bu həftə mövsümi normalardan yuxarı həddindən artıq isti dalğasının təsirinə məruz qalacağı gözlənilir.Bruklindəki Təcili Yardım Mərkəzində mətbuat konfransı keçirən Adams, bu həftə Nyu Yorkda hava istiliyinin 37 dərəcəni keçəcəyini gözlədiklərini ifadə edərək, "Bu hava iyun ayı üçün həddindən artıq istidir. Nyu Yorklular bu istiləri ciddiyə almalıdılar" vurğulayıb.Adams bu müddət ərzində evdə kondisioneri olmayan vətəndaşlar üçün şəhərdə soyutma mərkəzləri açacaqlarını, xüsusilə yaşlıların və sağlamlıq vəziyyəti həssas insanların həddindən artıq istilərə qarşı tədbir görmələri lazım olduğunu bildirib.Ölkədə müşahidə edilən rekord həddindən artıq istilərin iqlim dəyişikliyinin göstəricisi olduğuna diqqət çəkən Adams, bu ekstremal hava hadisələrinin artıq tez-tez görülə biləcəyini və bunun meşə yanğınlarına səbəb ola biləcəyini xatırladıb.Mətbuat konfransında qeyd olunub ki, Nyu-Yorkda hər il 350-dən çox insan həddindən artıq istilər səbəbindən ölür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
1
afn.az

2Sources