AZ

ABŞ-də həddindən artıq isti ilə bağlı xəbərdarlıq edilib

ABŞ-nin orta qərb və şimal-şərq bölgələrinin bu həftə mövsümi normalardan yuxarı həddindən artıq isti dalğasının təsirinə məruz qalacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nyu York Bələdiyyə Başçısı Erik Adams qeyd edib.

Adams, bu müddət ərzində evdə kondisioneri olmayan vətəndaşlar üçün şəhərdə soyutma mərkəzləri açacaqlarını, xüsusilə yaşlıların və sağlamlıq vəziyyəti həssas insanların həddindən artıq istilərə qarşı tədbir görmələri lazım olduğunu bildirib.

Ölkədə rekord qıran həddindən artıq istilərin iqlim dəyişikliyinin göstəricisi olduğuna diqqət çəkən Adams, bu ekstremal hava hadisələrinin artıq tez-tez görülə biləcəyini bunun meşə yanğınlarına səbəb ola biləcəyini xatırladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
operativmm.az

2Mənbələr