EN

Sərnişin və yük qatarları toqquşdu: azı 5 nəfər həlak olub

Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 5 nəfər ölüb. Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bu barədə yerli polisin sözçüsü Abhişek Roy bildirib. “Hadisə nəticəsində 5 sərnişin həlak olub, 20-25 nəfər yaralanıb”, - deyə o qeyd edib.

Məlumata görə, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Chosen
95
2
avtosfer.az

9Sources