Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 5 nəfər ölüb. Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bu barədə yerli polisin sözçüsü Abhişek Roy bildirib. “Hadisə nəticəsində 5 sərnişin həlak olub, 20-25 nəfər yaralanıb”, - deyə o qeyd edib.
Məlumata görə, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Hadisənin başvermə səbəbləri araşdırılır.