EN

Lunyov tibbi baxışdan keçib, 900 min avro qazanacaq

“Qarabağ”ın keçmiş qapıçısı Andrey Lunyov “Dinamo”da çıxış edəcək.

İdman.biz xəbər verir ki, o, bu gün tibbi müayinədən uğurla keçib.

32 yaşlı qolkiper Moskva klubu ilə 2+1 illik müqavilə imzalayacaq. Lunyovun illik əmək haqqısı 900 min avro olacaq.

Qeyd edək ki, 2023/2024 mövsümünü “Qarabağ”da keçirən Andrey 43 oyunda komandanın qapısını qoruyub. O, Azərbaycan çempionu və kuboku titullarını qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
4
idman.biz

10Sources