İyulun 30-dan avqustun 5-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək 3x3 basketbol üzrə Olimpiya Oyunlarında qadınlardan ibarət millimizin oyun təqvimi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, oyunların tarixləri və saatları belədir:
30 iyul saat 23:00
İspaniya - AZƏRBAYCAN
31 iyul saat 23:30
ABŞ - AZƏRBAYCAN
1 avqust saat 14:30
AZƏRBAYCAN - Fransa
1 avqust saat 20:30
Almaniya - AZƏRBAYCAN
2 avqust saat 11:30
Avstraliya - AZƏRBAYCAN
2 avqust saat 19:30
Çin - AZƏRBAYCAN
3 avqust saat 19:30
Kanada - AZƏRBAYCAN
Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupdan ilk iki sıranı tutmuş millilər yarımfinala vəsiqə qazanacaqlar.
3-cü, 4-cü, 5-ci və 6-cı pilləni tutmuş yığmalar isə pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media