Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında mübarizə aparacaq 3×3 basketbol üzrə Azərbaycan millisinin matçlarının təqvimi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, yığma ilk qarşılaşmasında İspaniya kollektivi ilə üz-üzə gələcək.
30 iyul saat 23:00
İspaniya – Azərbaycan
31 iyul saat 23:30
ABŞ – Azərbaycan
1 avqust saat 14:30
Azərbaycan – Fransa
1 avqust saat 20:30
Almaniya – Azərbaycan
2 avqust saat 11:30
Avstraliya – Azərbaycan
2 avqust saat 19:30
Çin – Azərbaycan
3 avqust saat 19:30
Kanada – Azərbaycan
Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupdan ilk iki sıranı tutmuş millilər yarımfinala vəsiqə əldə edəcəklər. 3-cü, 4-cü, 5-ci və 6-cı pilləni tutmuş yığmalar isə, pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək, yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.