EN

Azərbaycan millisinin olimpiadadakı oyunlarının təqvimi bilindi

Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında mübarizə aparacaq 3x3 basketbol üzrə Azərbaycan millisinin matçlarının təqvimi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, təmsilçimiz ilk görüşünü İspaniyaya qarşı keçirəcək.

30 iyul saat 23:00
İspaniya - AZƏRBAYCAN

31 iyul saat 23:30
ABŞ - Azərbaycan

1 avqust saat 14:30
AZƏRBAYCAN - Fransa

1 avqust saat 20:30
Almaniya - AZƏRBAYCAN

2 avqust saat 11:30
Avstraliya - AZƏRBAYCAN

2 avqust saat 19:30
Çin - AZƏRBAYCAN

3 avqust saat 19:30
Kanada - Azərbaycan

Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupdan ilk iki yeri tutacaq millilər yarımfinala yüksələcəklər. 3-cü, 4-cü, 5-ci və 6-cı pillələrdə qərarlaşacaq yığmalar isə, pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
20
fanat.az

10Sources