EN

Xaçmazda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Xaçmaz rayonunun Niyazova kəndində bir nəfərin ölmü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" “Report”a istinadla xəbər verir ki, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq, yolun kənarındakı dərəyə aşıb.

Hadisə nəticəsində Xaçmaz rayon sakini - 1959-cu il təvəllüdlü Əhmədov Qabil Əzizağa oğlu hadisə yerində ölüb.

Aftomobildə olan digər sərnişinlər, Xaçmaz rayon sakinləri - 1957-ci il təvəllüdlü Əhmədov Əkrəm, 1959-ui il təvəllüdlü Əhmədova Rəhilə və
1960-cı il təvəllüdlü Əhmədova Mafizə müxtəlif dərəcəli bədən xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
112
50
olke.az

10Sources