EN

Peskov: İştirakçılar Rusiyasız Ukrayna üzrə sammitin mənasız olduğunu bəyan etdilər- ÖZƏL

İsveçrədə keçirilən sammitdə bir çox ölkələr Ukrayna ilə bağlı Rusiyasız müzakirənin mənasız olduğunu qeyd ediblər. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml sözçüsü bildirib ki, tədbirdə bu fikir geniş yayılıb. Peskov əlavə edib ki, sammitin bir çox iştirakçıları Rusiyanın iştirakı olmadan istənilən ciddi substantiv müzakirələrin mənasız olduğunu başa düşdüklərini təsdiqləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
171
olaylar.az

1Sources