EN

Baydenin müşaviri İsrailə səfər edəcək

İyunun 17-də ABŞ Prezidenti Cozef Baydenin müşaviri Amos Hokşteyn İsraillə Livanın “Hizbullah” qruplaşması arasında münasibətlərin daha da gərginləşməsinin qarşısını almaq üçün İsrailə səfər edəcək.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi məlumat verib.

Qeyd edək ki, iyunun 17-də səhər saatlarında hava hədəfi İsrail sərhədini keçib. Bundan sonra ölkənin hava hücumundan müdafiə sistemləri işə düşüb və onu zərərsizləşdirib.























Bizi Facebookda izləyin

Chosen
20
4
525.az

6Sources