EN

“Araz Naxçıvan” “Səbail”in legioneri ilə razılığa gəldi

“Səbail”dən ayrılan portuqaliyalı yarımmüdafiəçi Pedro Nunu karyerasını Azərbaycanda davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, təcrübəli futbolçu “Araz Naxçıvan”la razılığa gəlib. Tərəflər arasında yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir. 

Qeyd edək ki, “Səbail” 29 yaşlı futbolçunu heyətdə saxlamaq istəsə də, klubun təklif etdiyi maliyyə şərtləri legioneri qane etməmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
106
18
bizim.media

8Sources