EN

NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Bakı. Trend:

NATO-ya üzv ölkələr nüvə silahının hazır vəziyyətə gətirilməsiilə bağlı məsləhətləşmələrə başlayıb.

Trend xəbər verir ki, bu barədə Alyansın baş katibi YensStoltenberq bildirib.

“Mən nə qədər nüvə başlığının işlək olması və onların necəsaxlanması barədə əməliyyat təfərrüatlarını açıqlamayacam. Buməsələlərlə bağlı məsləhətləşmələr aparırıq”, - deyə obildirib.

Stoltenberqin sözlərinə görə, NATO nüvə silahı olmayan dünyaistəyir:

“Nüvə silahı olduğu müddətdə biz nüvə ittifaqı olaraq qalacağıq,çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu vəNATO-nun olmadığı dünya təhlükəli dünyadır”.

O qeyd edib ki, müasir silahların yaradılmasına böyük sərmayələryatıran və 2030-cu ilə qədər nüvə başlıqlarının sayını minəçatdırmaq niyyətində olan Çin xüsusilə narahatlıq doğurur.

Məqalədə:
Chosen
109
8
az.trend.az

10Sources