EN

Türkiyədə zəlzələ baş verib

Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.

Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla 20:24-də (Bakı vaxtı ilə 21:24) ölkənin Malatya şəhərinin Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Chosen
107
50
day.az

10Sources