Bakı. Trend:
Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və FövqəladəHalların İdarə Olunması İdarəsi (AFAD) bildirib.
Qurumun verilənlərinə əsasən, yerli vaxtla 20:24-də (Bakı vaxtıilə 21:24) ölkənin Malatya şəhərinin Akçadağ rayonunda 4,4maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdəyerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.