AZ

Türkiyənin şərqində zəlzələ olub

Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla 20:24-də (Bakı vaxtı ilə 21:24) ölkənin Malatya şəhərinin Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın şimalında zəlzələ olmuşdu.

Seçilən
90
21
ikisahil.az

10Mənbələr