Peru sahilində 6 maqnitudalı zəlzələ olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə əsasən, zəlzələnin episentri əhalisi 246 min olan İka şəhərindən 258 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 58 km dərinlikdə yerləşib.