Barış Arduçla baş rolu paylaşacağı "Rüzgara Bırak" filminin məşqləri üçün oxumağa başlayan Hande Erçel tez-tez reklam işbirlikləri ilə adından söz etdirir.
Geyim və zərgərlik markaları ilə müqavilələr bağlayan aktrisa sərvətinə sərvət qatıb.
Jurnalist Müge Dağstanlının yaydığı məlumata görə, məşhur aktrisa bu ilin ilk 6 ayında çimərlik geyimi markasından 10 milyon TL, dezodorant reklamından 7 milyon TL, zərgərlik iş birliyindən isə 20 milyon TL qazanıb.
Bu müddət ərzində bir çox festival və tədbirdə də yer alan Erçel hər birindən 100-150 min dollar arasında gəlir əldə edib.
Gözəlliyi və bədən quruluşu ilə gündəmdən düşməyən Hande Erçel 31 milyon izləyicisi olan "Instagram" hesabında tez-tez yeni sövdələşmələrlə bağlı paylaşımlar edir./publika.az