Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Hərəkətdə olan "BMW" markalı minik avtomobili yolun kənarında dayanan "Niva" markalı minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində rayon sakinləri, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov və 1977-ci il təvəllüdlü Raqib Əliyev xəsarət alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media