EN

45 yaşlı kişi traktorun qoşqusundan yıxılaraq xəsarət aldı

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az bildirir ki, rayon sakini, 1979-cu il Nahid Abdullayev traktorun qoşqusunda olan ot bağlamalarının üzərindən yerə yıxılıb. N.Abdullayev ağır xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona 5-ci boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və ilkin tibbi yardımdan sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
104
16
bakivaxti.az

10Sources