EN

“Qarabağ“a qayıdan hücumçu: “Ötən müddət ərzində çox şey öyrəndim“

“Mənim üçün bu, yeni və xoş təcrübə oldu“.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Yurqorden“dən ayrılan Musa Qurbanlı deyib.

Birillik İsveç karyerasını başa vuran və “Qarabağ“a dönən hücumçu vida sözlərini belə dilə gətirib:

“Ötən müddət ərzində çox şey öyrəndim. “Yurqorden”də keçirdiyim vaxt mənə çoxlu yeni dostlar qazandırdı və gözəl insanlarla tanış oldum. D

əstəyinizə görə sizə təşəkkür etmək istəyirəm. Komandanın böyük azarkeşləri qarşısında oynamaq şərəf idi.

“Yurqorden”ə gəldiyim gündən bəri hər zaman əlimdən gələni etmişəm və arzu edirəm ki, hər şey mənim üçün daha yaxşı olsun. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Chosen
50
1
sportinfo.az

2Sources