Albaniya millisinin üzvü Nedim Bayrami Avropa çempionatlarının tarixinə düşüb.Ednews xəbər verir ki, o, Avro-2024-ün ilk turunda İtaliya ilə görüşün 23-cü saniyəsində qol vurub.Bunula da 25 yaşlı futbolçu Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb.Buna qədər rekord Avro-2004-də 68-ci saniyədə qol vuran rusiyalı Dmitri Kiriçenkoya məxsus idi.