EN

Tərtərdə əməliyyat zamanı çətənə kolları aşkar edildi - VİDEO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən rayon sakini Aydın Hidayətov saxlanılıb.   Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, onun həyətyanı sahəsinə baxış zamanı 33 ədəd çətənə bitkisi aşkar edilib. Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.

Chosen
150
3
manset.az

4Sources