EN

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub (FOTO)

Bakı. Trend:

İyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyasının (YAP)təşkilatçılığı ilə keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasireallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərədoğru” adlı beynəlxalq konfrans çərçivəsində “Türk dünyası-2040:gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkilolunub.

Trend xəbər verir ki, sessiyanın moderatoru - Milli MəclisinBeynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsininsədri Səməd Seyidov bundan əvvəlki sessiyalarda dərin, məzmunlu,vacib əhəmiyyətli məsələlərin müzakirə edildiyini diqqətəçatdırıb.

O, üçüncü sessiyanın “Türk dünyası-2040: gələcəyə konseptualbaxış” adlandırılmasının təsadüfi olmadığını vurğulayaraq deyib:“Bu gün tarixi gündür. Bu gün tamamilə başqa bir Azərbaycanın, Türkdünyasının şahidiyik. Bu gün dünya öz istiqamətində, özinkişafında, öz çağırışlarında, öz təhdidlərində, öz problemlərindəstrateji təhlil və konseptual baxış tələb edir. Atdığımız hər biraddım, hər bir nəticə məhz strateji təhlil nöqteyi-nəzərdən həyatakeçirilir. Bunun da kökü var: Ümummilli Lider Heydər Əliyevin,Prezident İlham Əliyevin siyasəti, Türk dövlətləri rəhbərlərinin,prezidentlərinin görüşləri, gələcəyə baxışları”.

Səməd Seyidovun sözlərinə görə, 2009-cu ildə yaradılmış qurumməhz strateji və konseptual baxış nəticəsində 2021-ci ildə TürkDövlətləri Təşkilatı zirvəsinə yüksəlib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici SiyasətŞurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və HəmrəylikFondunun İdarə Heyətinin sədri Aygün Attar Azərbaycanla Türkiyəarasında imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışıb.Onun sözlərinə görə, bu sənəd, sadəcə, iki dövlət arasında stratejiortaqlıq sənədi olmaqla qalmır, bütün Türk dünyasında birlik ruhunucoşqu ilə tərənnüm edir. Şuşa Bəyannaməsi TDT-də də birliyigücləndirən amillərdən biridir.

“Hazırda Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi və insanitərəfləri ilə Türk İş Birliyinin gücü olma vəzifəsi vəməsuliyyətini daşıyır. İstanbulda keçirilən türk dövlətbaşçılarının 8-ci Zirvə görüşündə qəbul edilən “Türk Dünyası –2040” vizyon sənədi Türk İş Birliyinin önümüzdəki 20 il içindəkihədəflərini geostrateji yöndən gözlər önünə sərir. Dünya miqyasındayaşanan hadisələr beynəlxalq, regional və qitələrarası mənadastrateji baxışa sahib olma zərurətini doğurub.

A.Attar qeyd edib ki, TDT-nın qurucu sənədi olan NaxçıvanBəyannaməsində yer alan suverenlik, bərabərlik, ərazi bütövlüyü vəsərhədlərin toxunulmazlığını özündə ehtiva edən beynəlxalq hüququnəsas prinsipləridir. Bu amilin “Türk Dünyası – 2040” vizyonunda daöz əksini tapması çox önəmlidir. A.Attar qarşıya qoyulan hədəflərinreallığa çevrilməsinin türk iş birliyinin Avrasiyadakı geosiyasiyöndə gücünü artıracağını vurğulayıb.

Qırğızıstanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti icraedən Kayrat Osmonaliyev deyib ki, Türk Dövlətləri Təşkilatıtamhüquqlu regional beynəlxalq təşkilat kimi xüsusi yer tutur vədünya siyasətində tanınan amilə çevrilib.

Ölkəsinin hər zaman Türk dünyasında inteqrasiya prinsipləriningücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətəçatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləribaxımından əhəmiyyətli olduğunu vurğulayıb.

O qeyd edib ki, mövcud şəraitdə Türk dünyası üçün təhlükəsizliksisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtı çatıb,bu barədə ciddi düşünməliyik.

Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin dərin stratejitərəfdaşlıq formatında olduğunu diqqətə çatdıran qırğız diplomatölkəmizdə təmsilçiliyinin müddətinin başa çatdığını deyib. Bildiribki, Azərbaycanı və onun qonaqpərvər insanlarını hər zaman ehtiramlaxatırlayacaq. Diplomat ölkələrimizin gələcəkdə müttəfiqlikmünasibətləri səviyyəsinə keçmək potensialı olduğunu bildirib.

Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi AdemKula bildirib ki, Türk Dövlətləri Təşkilatının üzvləri və qurumdamüşahidəçi qismində təmsil olunan ölkələr arasında iqtisadiəməkdaşlığın genişləndirilməsi, ticarət, investisiya əlaqələrinindəstəklənməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasıqarşıda duran əsas hədəflərdəndir.

Türk dünyasının 2040-cı ilə qədərki inkişaf strategiyasının birçox sahələri əhatə etdiyini diqqətə çatdıran Adem Kula vurğulayıb:“Bunlardan ən prioritet olanlardan biri isə sözsüz, ortaqiqtisadiyyatın inkişaf etdirilməsidir. Odur ki, Türk dövlətləriarasında maliyyə və investisiya cəlbedicililiyinin artırılması,elektron ticarətin, eləcə də kiçik və orta sahibkarlığın sürətliinkişafına nail olunması xüsusilə diqqətdə saxlanılmalıdır.

Baş katib qeyd edib ki, gələcəyə konseptual baxış qismindənəzərə alınmalı vacib məsələlərdən biri də ayrı-ayrılıqda türkdövlətlərinin iqtisadi inkişaf göstəricilərinin bərabər səviyyəyəçatdırılmasıdır. A.Kula bu gün hələ də ortaq ticarəti təmin edənheç bir mərkəzləşmiş qurumun olmadığını təəssüflə bildirərək deyib:“TDT-yə üzv ölkələrin qarşılıqlı ticarət əlaqələri zamanı gömrükrüsumlarının tamamilə aradan qaldırılması da öz həllini tapmalıdır.Gömrüksüz, sərbəst ticarət bizim 2040-cı il hədəflərimizə daha tezçatmağımızı şərtləndirəcək strateji addımlardandır”.

Adem Kula türk coğrafiyasının çox böyük arealı əhatə etdiyini,eyni zamanda, bu coğrafiyada yerin üstü kimi altının da həddindənartıq zəngin olduğunu bildirib. Belə ki, türk dünyası planetimizinböyük ehtiyatlara malik neft-qaz, həmçinin digər təbii sərvətlələrəmalik bölgələrindəndir və gələcəkdə dünyanın geosiyasi mənzərəsindəmühüm enerji məntəqələrindən biri kimi nəzərdən keçirilir. Bu isəTürk Dövlətləri Təşkilatının təkcə regional deyil, beynəlxalqəhəmiyyətini də son dərəcə artırır, qurumun iqtisadi və siyasiinkişafını şərtləndirir.

Türk Mədəniyyəti və İrsi Fondunun Layihə rəhbəri Nuri Aksu deyibki, Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsində qəbul edilən“Türk Dünyası 2040 Vizyonu” sənədi bizim “Yol xəritəmiz”dir. Biz“Yol xəritəsi”nə uyğun olaraq 2040-cı il hədəflərimizə doğru inamlaaddımlayırıq.

Bayramlar münasibətilə xalqımızı təbrik edən layihə rəhbəriTÜRKSOY, TDT, Türk Akademiyası və digər türk təşkilatlarınınfəaliyyətindən danışıb.

Ortaq dəyər və mədəniyyətimizin əhəmiyyətini qeyd edən Nuri AksuTürk dünyasının Türk Mədəniyyəti və İrsi Fondunun bu təşkilatlararasında ən gənc olduğunu deyib. Bildirib ki, mədəniyyət sahəsindəəlaqələrin inkişafı istiqamətində səylər davam etdirilir.

Şuşada
Şuşada
Şuşada
Chosen
133
47
az.trend.az

10Sources