…Londonda avtobus dayanacağında tapılan Titian tablosu hərraca çıxarılacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə The Guardian yazır.
Deməli, 16-cı əsr ustaişi Christie's-də(…Londonda yerləşən hərrac evi – A.B.) 19 milyon dollardan 31 milyon dollara qədər olacağı gözlənilir.
Qeyd edək ki, intibah ustasının rəsm əsəri əvvəlcə 1809-cu ildə, sonra isə 1995-ci ildə oğurlanmış, daha sonra Londonda avtobus dayanacağında plastik torbada tapılmışdır.
…Venesiyalı rəssamın 1508-ci ildə, cəmi 20 yaşında olarkən "Misirə uçuş zamanı istirahət" əsərini çəkdiyi güman edilir. Rəsmdə Məryəmin körpə İsanı qucağında tutması və Yusifin ona baxması əks olunub.
Rəsm 17-ci əsrin əvvəllərində bir Venesiya ədviyyat tacirinin kolleksiyasına daxil olsa da,sonrakı əsrlər ərzində bütün Avropada müxtəlif aristokratlara, imperatorlara və arxdukelərə məxsus idi.
1995-ci ildə rəsm Longleat qalasının ikinci mərtəbəsindəki qonaq otağından oğurlanıb. Yeddi illik axtarışdan sonra o, Scotland Yard-ın incəsənət və əntiq əşyalar departamentinin keçmiş rəhbəri Çarlz Hill tərəfindən avtobus dayanacağında plastik torbada tapılıb.
O, bir nəfərin 127 min dollar mükafat müqabilində onu kəşf yerinə apardığını bildirib.
Nazlı