EN

İspaniya xorvatlar üzərində darmadağınla başladı - AVRO-2024-ə

Avropa çempionatının qrup mərhələsinin I turunda İspaniya və Xorvatiya yığmaları üz-üzə gəliblər.

Sportinfo.az xəbər verir ki, Berlin Olimpiya stadionunda baş tutan matçda birincilər 3:0 hesablı qələbəyə seviniblər.

"Buğalar"ın heyətində hesabı 29-cu dəqiqədə Alvaro Morata açıb. 3 dəqiqə sonra Fabian Ruis komandasının üstünlüyünü bir qədər də möhkəmlənidirib.

Qarşılaşmada yekun hesabı isə fasilə ərəfəsində fərqlənən Dani Karvahal müəyyənləşdirib.

Matçın 80-ci dəqiqəsində xorvatlardan Bruno Petkoviç penalti zərbəsindən yararlana bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
7
sportinfo.az

10Sources