AZ

İspanlar 3 xalı 3 qolla qazandılar

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlib.

Turkustan.az xəbər verir ki, Berlin Olimpiya stadionunda baş tutan matçda birincilər 3:0 hesablı qələbəyə sevinib.

“Buğalar”ın heyətində hesabı 29-cu dəqiqədə Alvaro Morata açıb. 3 dəqiqə sonra Fabian Ruiz komandasının üstünlüyünü bir qədər də möhkəmlənidirib. Qarşılaşmada yekun hesabı isə fasilə ərəfəsində fərqlənən Dani Karvahal təyin edib.

Matçın 80-ci dəqiqəsində xorvatlardan Bruno Petkoviç penalti zərbəsindən yararlana bilməyib. /konkret.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
11
turkustan.az

10Mənbələr