Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, fasilədən sonra İspaniya yığması 3:0 hesabı ilə öndədir.
"Buğalar"ın qollarını 29-cu dəqiqədə Alvaro Morata, 32-ci dəqiqədə Fabian Ruiz və ilk hissənin sonlarında Dani Karvahal vurub.
20:48
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə komandalar fasiləyə yollanıb.
"Report" xəbər verir ki, ilk hissədən sonra İspaniya yığması 3:0 hesabı ilə öndədir.
"Buğalar"ın qollarını 29-cu dəqiqədə Alvaro Morata, 32-ci dəqiqədə Fabian Ruiz və ilk hissənin sonlarında Dani Karvahal vurub.
20:34
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə növbəti qol vurulub.
"Report" xəbər verir ki, 32-ci dəqiqədə adını tabloya yazdıran Fabian Ruiz ispanların üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.
Qarşılaşma davam edir.
20:30
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İspaniya və Xorvatiya millilərinin görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, 29-cu dəqiqədə fərqlənən Alvaro Morata ispanları hesabda önə çıxarıb.
Qarşılaşma davam edir.
20:01
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda daha bir oyun start götürüb.
"Report" xəbər verir ki, Berlin Olimpiya stadionunda başlayan görüşdə B qrupunun iki təmsilçisi - İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlir.
Qarşılaşmanı ingiltərəli baş hakim Maykl Oliver idarə edir.