EN

"Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR

Azersun Holding

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (istehsalat)

Son tarix 14 iyl 2024 - [email protected]

Tələblər:

  • Ali Təhsil 
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı:
  • Müvafiq sahə üzrə təcrübə üstünlükdür

Vəzifə Öhdəlikləri:

  • Keyfiyyətə nəzarət məlumatlarının statistik təhlilini aparmaq, keyfiyyətə nəzarət sistemində mövcud problemlərin aşkar edilməsi;
  • İstehsalat prosesinin bütün mərhələlərində və ya növbədə yarımfabrikatların və hazır məhsulların idarə olunması və onların keyfiyyətinə nəzarət edilməsi;
  • İstehsal edilən məhsulun standartlara uyğun nəzarət olunan ölçü-parametrləri və nəzarət qaydalarından, texniki ölçmə avadanlıq, vasitə və alətlərindən istifadə edilməsi;
  • Hazır məhsulların və yarımfabrikatların fiziki xarici qüsurlarının əsas əlamətlərinə görə sinifləşdirilməsi;
  • Sınaq laboratoriyasında aşkar edilmiş uyğunsuzluqlarla bağlı düzəlişedici və qabaqlayıcı fəaliyyət hesabatlarının son vəziyyətlərini izləmək və edilən dəyişiklikləri yoxlamaq;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.

İş şərtləri:

  • İş ünvanı: Biləsuvar, İmişli, Kürdəmir, Xaçmaz
  • İş qrafiki: 3 növbəli qrafik
  • Serviz və nahar şirkət tərəfindən təmin edilir.
  • Digər regionlardan müraciət olarsa yaşayış yeri də şirkət tərəfindən təmin ediləcəkdir.

Kimlər müraciət edə bilər:

  • Kimya mühəndisliyi
  • Mexanika Mühəndisliyi
  • Avtomatika mühəndisliyi
  • Qida Mühəndisliyi və müvafiq sahələr üzrə məzun olmuş namizədlər 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində müvafiq şəhərin adını qeyd edərək “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (istehsalat)” qeyd etməyiniz xahiş olunur.

 

Elektrik-elektronçu

 Son tarix 14 iyl 2024 - [email protected]

Tələblər:

  • Elektrik, avtomatika, mexanika və ya elektroenergetika üzrə ali təhsil,
  • Müvafiq sahə üzrə 1-3 il təcrübə,
  • Cihaz və avadanlıqların texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, mexanizm və fəaliyyət prinsiplərini bilməli;
  • Elektrik qurğuları və avadanlıqların istismarı, təmiri və xidməti üzrə mütərəqqi təcrübəsi olmalı;
  • Maqnit işəburaxıcılarla (kontaktor) işləmə bacarığı olmalı;
  • 1000 voltadək və yuxarı gərginlikli elektrik qurğularında çalışma icazəsi olmalı;
  • Nəzarət Ölçü Cihazları haqqında anlayışı olmalıdır.

İş haqqında:  

  • Elektrik sxemlərinə uyğun olaraq operativ işlərin görülməsi;
  • Kabel xətlərində təmir işlərinin aparılması;
  • Elektrik avadanlıqlarının təmirini həyata keçirtmək; 
  • Elektrik enerjisi təminatının planlaşdırılması və müvafiq hazırlıq işlərinin görülməsi;
  • Elektrik mühərriklərinin işə salınması və onlara nəzarət olunması;
  • Elektrik sistemində yaranan nasazlıqları aradan götürülməsi.

 

İş Şərtləri:

  • İş qrafiki: 5 günlük, 09:00-18:00
  • Servis və nahar şirkət tərəfindən təmin edilir.

İş Yeri:  Bakı və Sumqayıt

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Elektrik-elektronçu” qeyd etməyiniz xahiş olunur.

 

Kiçik kimyaçı mühəndis

 Son tarix 14 iyl 2024 [email protected]

Ümumi məlumatlar:

  • Ali Təhsil (Kimya)
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı:
  • Müvafiq sahə üzrə təcrübə üstünlükdür

Vəsifə öhdəlikləri:

  • Standartlarına uyğun nümunələrin alınması;
  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
  • Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
  • İstehsalat hesabatlarının hazırlanması.

İş şərtləri:

  • İş ünvanı: Bakı və Sumqayıt
  • İş qrafiki: 3 növbəli qrafik
  • Serviz və nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Kiçik kimyaçı mühəndis” qeyd etməyiniz xahiş olunur.

Chosen
92
1
fed.az

2Sources