Son günlər dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Böyük Qafqaz, Kiçik Qafqaz, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan çaylarda sululuq artıb.
Bizimshow.az Sfera.az-a istinaden xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətının Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, yağan intensiv xarakterli leysan yağışları nəticəsində iyunun 14-də Şəki rayonu ərazisindən axan Damarçınçaydan, Xızı rayonu ərazisindən axan Ataçaydan, Şabran rayonu ərazisindən axan Gilgilçaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçaydan, Ağsu rayonu ərazisindən axan Ağsuçaydan, iyunun 15-də gecə isə Şamaxı və Qobustan rayonları ərazisindən axan Pirsaatçaydan sel keçib.
“Ölkə ərazisində gözlənilən qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 17-si axşamadək davam edəcək”.