Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində yeddi mülki sakinin öldüyünü deyib.
Bu barədə vilayət başçısı teleqramda bildirib.
"Dünən Ukrayna Silahlı Qüvvələrinin əli ilə 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, – o qeyd edib.
Xatırladaq ki, mayın sonuna olan məlumata əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyada 238 mülki şəxs həlak olub, itkilərin əksəriyyəti Belqorod vilayətində olub.