EN

Göygöl rayonunda iki avtomobil toqquşub: Xəsarət alanlar var

Göygöl rayonunun Topalhəsənli kəndində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, “Opel” və digər markalı avtomobillərin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü V.Abışov və 1997-ci il təvəllüdlü N.Hümbətov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
105
14
konkret.az

10Sources