EN

Azərbaycanda kişi qardaşını öldürdü

Tərtər rayonunda 32 yaşlı Abil Mətləb oğlu Əliyevi öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Sədi Mətləb oğlu Əliyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

Xatırladaq ki, ötən gün Tərtər rayonunda 1992-ci il təvəllüdlü kişi qətlə yetirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
5
olke.az

6Sources