Tərtər rayonunda 32 yaşlı Abil Mətləb oğlu Əliyevi öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Sədi Mətləb oğlu Əliyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Araşdırma aparılır.