EN

Təmiz havada idman etmək yaddaşı gücləndirir

Açıq havada idman etmək diqqət və yaddaşı yaxşılaşdırır, əhval-ruhiyyəni qaldırır.

Teleqraf.com xəbər verir ki, bunu Texas A&M Universitetinin alimləri aşkar ediblər. Tədqiqatın nəticələri American Journal of Lifestyle Medicine (AJLM) jurnalında dərc olunub.

ABŞ alimlərinin araşdırması fiziki fəaliyyətin psixi və fiziki sağlamlığa təsiri ) ilə bağlı əvvəllər dərc olunmuş elmi işlərin nəticələrinə əsaslanır. İcmalda yer alan araşdırmalardan biri göstərib ki, açıq havada velosiped sürmək diqqəti artırır və insanın ümumi əhval-ruhiyyəsini yaxşılaşdırır. Bildirilir ki, velotrenajor eyni təsiri göstəmir.

Eynilə, açıq havada gəzinti diqqəti, yaddaşı və icra funksiyasını yaxşılaşdırmağa kömək edir. Bu nəticələr qapalı yerlərdə (qaçış zolağında) və açıq havada gəzən 30 könüllünün koqnitiv qabiliyyətlərinin qiymətləndirilməsi ilə əldə edilib.

Alimlər bildirir ki, açıq havada gəzinti həm də stressin azaldılması, immun funksiyasının gücləndirilməsi və yeni sosial əlaqələrin qurulmasına da kömək edir. Tədqiqatçıların fikrincə, təbiətlə təmas (parkda qaçış və ya açıq idman meydançasında məşq etmək) idman zalında və ya evdə məşq etməkdən daha geniş sağlamlıq faydaları təmin edə bilər.


Müəllif: Arzu
Chosen
165
teleqraf.com

1Sources