Bu gün Almaniya futbolu tarixində ilk yaşanıb.
Bizim.Media xəbər verir ki, Avropa çempionatları tarixində ilk dəfə bu gün - Avro-2024-ün Şotlandiyaya qarşı keçiriləcək açılış oyununda milli komandanı meydana kapitan kimi əslən alman olmayan futbolçu çıxarıb.
Bu, türk əsilli İlkay Gündoğandır.
Qeyd edək ki, sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Bizim.Media