EN

Stoltenberq ABŞ və Kanadaya səfər edəcək

Bakı. Trend:

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ vəKanadaya səfər edəcək.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansıməlumat yayıb.

Məlumata görə, iyunun 17-də baş katib Vaşinqtonda ABŞ prezidentiCo Baydenlə görüşəcək. O, Antoni Blinkenlə də görüşəcək, ABŞSenatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.

Kanadada isə Baş nazir Castin Trüdo ilə danışıqlargözlənilir.

Chosen
236
8
az.trend.az

9Sources