AZ

NATO Baş katibi gələn həftə ABŞ-a gedəcək, Baydenlə görüşəcək

NATO Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə NATO mətbuat xidmətindən bildirilib.

“İyunun 17-dən 21-dək NATO Baş katibi Yens Stoltenberq ABŞ və Kanadaya səfər edəcək, iyunun 17-də Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcək”, – məlumatda deyilir.

Stoltenberqin dövlət katibi Entoni Blinkenlə də görüşəcəyi, ABŞ Senatında və bir sıra beyin mərkəzlərində çıxış edəcəyi, Kanadada Baş nazir Castin Trüdo ilə danışıqlar aparacağı bildirilir.

NATO hələlik səfərin əsas mövzularını açıqlamayıb.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
azpost.info

9Mənbələr