"Nyukasl" yay transfer pəncərəsində heyətini gücləndirməyə çalışır.
Fanat.Az "iSport"-a istinadən xəbər verir ki, "sağsağanlar "Çelsi"nin vingeri Noni Maduekeni hədəfə alıb.
2023/2024 mövsümündə Madueke müxtəlif yarışlarda "Çelsi"nin heyətində keçirdiyi 34 rəsmi matçda meydana çıxıb. Bu oyunlarda futbolçu 8 qol vurub və komanda yoldaşlarına 3 məhsuldar ötürmə verib.
Noni Madueke 2023-cü ilin yanvarından "Çelsi"nin şərəfini qoruyur. "Transfermarkt" 22 yaşlı futbolçunun qiymətini 28 milyon avro dəyərləndirir. “Çelsi” son İngiltərə çempionatını 6-cı, “Nyukasl” isə 7-ci yerdə başa vurub.
Mirağa