EN

ABŞ müdafiə naziri Putinin Ukrayna ilə sülh danışıqları üçün irəli sürdüyü şərtləri qəbul etmir

Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülhə dair şərtlər irəli sürə bilməz. APA xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Brüsseldə NATO-nun mənzil qərargahında jurnalistlərə bildirib. O, Kreml rəhbərinin Ukrayna ordusunun öz ərazilərini tərk etməli olduğu ilə bağlı tələbini ağlasığmaz adlandırıb. Pentaqon rəhbəri müharibəyə son qoyulması üçün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmalı olduğunu vurğulayıb. Ostin həmçinin müttəfiqləri rəsmi Kiyevə silah-sursat təchizatını sürətləndirməyə çağırıb. ABŞ müdafiə naziri Putinə məsləhət görüb ki, müharibənin başa çatması üçün Rusiya ordusunu Ukraynanın suveren ərazilərindən tamamilə çıxarsın. Qeyd edək ki, bir qədər əvvəl Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Vladimir Putin Ukrayna tərəfini qoşunları Donetsk, Luqansk və Xerson ərazilərindən çıxarmağa çağırıb. Kremlin başçısı vurğulayıb ki, müharibə yalnız bu tələb yerinə yetirilərsə, dayandırıla bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
131
50
bizimyol.info

10Sources